Əməliyyat sistemi kompüterin əsas proqramıdır. Kompüter işə düşəndə ilk o açılır və bütün başqa proqramlar onun üzərində işləyir.
Ən tanınmış əməliyyat sistemləri Windows, macOS və Linux-dur.Telefonlarda isə Android və iOS istifadə olunur.
Windows ingilis dilində "pəncərələr" deməkdir. Hər proqram ekranda ayrıca pəncərədə açılır, sistemin adı da buradan gəlir.
Masaüstü kompüterlərin təxminən 70%-i Windows ilə işləyir.
Start menyusu - bütün proqramlar buradan açılır.
Tapşırıq paneli - ekranın aşağısındakı zolaq, açıq proqramlar burada görünür.
Fayl Bələdçisi - kompüterdəki qovluqlara və fayllara baxmaq üçündür.
Zibil qutusu - silinən fayllar əvvəlcə bura düşür, sonra tam silinir.